×

BakuPost's video: Kriminal al min r yi getdi - o ru d nyas n n general Lotu Quli kim idi

@Kriminal aləmin ürəyi getdi - oğru dünyasının generalı Lotu Quli kim idi?
Xəbər verdiyimiz kimi, Bu gün azərbaycanlı "qanuni oğru" Lotu Quli Türkiyənin Antalya şəhərində qətlə yetirilib. Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub. “Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edilir. İllərdir bu qarşılıqlı qətllər davam edir. 2017-ci ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da “Quli” və “Lənkəranski” tərəfdarları arasında itkilər olmuşdu. Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”lar və kriminallar bu davada, əsasən, “Quli”ni dəstəkləyirdilər. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının “xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (“Ded Xasan”) alıblar. Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətməkdə ittiham olunub. Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli” həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, “Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib. 2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb. “Quli”yə və daha bir neçə məhkuma cəzaçəkmə müəssisəsində zorlama faktına, eləcə də ayrı-ayrı şəxslərdən qanunsuz pul tələb etdiyinə görə ittiham irəli sürülüb. Nadir Səlifov sonadək bu maddələri qondarma, onun “oğru” adına ləkə gətirmək cəhdi kimi qiymətləndirərək, qətiyyətlə rədd edib. 2006-cı ilin iyununda Apelyasiya Məhkəməsində “Quli” zorlama maddəsi ilə bağlı bəraət alıb. Yəni həmin maddə “Quli”yə “yapışmayıb”. Məhkəmə həmçinin onun qapalı həbsxanada deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasına qərar verib. O, 21 il həbs həyatı yatdıqdan sonra 2017-ci ilin oktyabrında azadlığa gözlənilmədən buraxılıb. "Lotu Quli" həbsdən çıxdıqdan sonra Türkiyənin İstanbul şəhərini özünə məskən seçmişdi. Qeyd edək ki, bu gün Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya çəhərində qətlə yetirilib. Qatilin kimliyi ilə bağlı rəsmi məlumat olmasa da, bildirilir ki, bu şəxs "Lotu Quli"nin öz yaxınlığındakı adam, "Xan Əhmədlinski" ləqəbli kriminal avtoritetdir. "Xan" son zamanlar "Quli"nin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.

96

22
BakuPost
Subscribers
26.4K
Total Post
1.3K
Total Views
255K
Avg. Views
5.1K
View Profile
This video was published on 2020-08-20 15:39:03 GMT by @BakuPost on Youtube. BakuPost has total 26.4K subscribers on Youtube and has a total of 1.3K video.This video has received 96 Likes which are lower than the average likes that BakuPost gets . @BakuPost receives an average views of 5.1K per video on Youtube.This video has received 22 comments which are higher than the average comments that BakuPost gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @BakuPost