×

Elshan Qurbanoff's video: Az rbaycan D vl t Himni - REMiX

@Azərbaycan Dövlət Himni - REMiX
Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə hər an can qurban! Sənə min bir məhəbbət Sinəmdə tutmuş məkan! Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə Namusunu hifz etməyə, Cümlə gənclər müştaqdır! Şanlı Vətən! Şanlı Vətən! Azərbaycan! Azərbaycan! Azərbaycan! Azərbaycan! ---------------------------------------------------------------------- Азәрбајҹан! Азәрбајҹан! Еј гәһрәман өвладын шанлы Вәтәни! Сәндән өтрү ҹан вермәјә ҹүмлә һазырыз! Сәндән өтрү ган төкмәјә ҹүмлә гадириз! Үчрәнҝли бајрағынла мәсʼуд јаша! Үчрәнҝли бајрағынла мәсʼуд јаша! Минләрлә ҹан гурбан олду, Синән һәрбә мејдан олду! Һүгугундан кечән әсҝәр, Һәрә бир гәһрәман олду! Сән оласан ҝүлүстан, Сәнә һәр ан ҹан гурбан! Сәнә мин бир мәһәббәт Синәмдә тутмуш мәкан! Намусуну һифз етмәјә, Бајрағыны јүксәлтмәјә Намусуну һифз етмәјә, Ҹүмлә ҝәнҹләр мүштагдыр! Шанлы Вәтән! Шанлы Вәтән! Азәрбајҹан! Азәрбајҹан! Азәрбајҹан! Азәрбајҹан! ------------------------------------------------------- !آذربایجان، آذربایجان ای قهرمان اولادین شانلی وطنی سندن اوترو جان ورمه‌یه جومله حاضریز سندن اوتروقان توکمه‌یه جومله قادیریز !اوچ رنگلی بایراقین‌لا مسعود یاشا !اوچ رنگلی بایراقین‌لا مسعود یاشا مینلرله جان قوربان اولدو !سینن حربه میدان اولدو حقوقوندان کچن عسکر !هره بیر قهرمان اولدو !سن اولاسان گولوستان !سنه هرآن جان قوربان سنه مین بیر محبت !سینه‌مده توتموش مکان ناموسونو حیفظ اتمه‌یه بایراقینی یوکسلتمه‌یه جومله گنجلر موشتاقدیر !شانلی وطن! شانلی وطن !آذربایجان، آذربایجان !آذربایجان، آذربایجان -------------------------------------------------------------- 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini "Azərbaycan" qəzetində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının 1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi. 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir. 2018-ci ilin noyabrında Milli Məclis deputatı Tahir Kərimli himnin davamlılığının qısaldılmasını və qəmli notların yığışdırılmasını təklif edib. Təklif cəmiyyətdə birmənalı qarşılanmayıb. 2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Dövlət Himninə həsr olunmuşdurAzərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur. Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda ifa olunur: Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı; Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman; dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı; hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında; Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı; dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;

58

4
Elshan Qurbanoff
Subscribers
11.4K
Total Post
73
Total Views
490K
Avg. Views
8.7K
View Profile
This video was published on 2020-09-24 20:30:14 GMT by @Elshan-Qurbanoff on Youtube. Elshan Qurbanoff has total 11.4K subscribers on Youtube and has a total of 73 video.This video has received 58 Likes which are lower than the average likes that Elshan Qurbanoff gets . @Elshan-Qurbanoff receives an average views of 8.7K per video on Youtube.This video has received 4 comments which are lower than the average comments that Elshan Qurbanoff gets . Overall the views for this video was lower than the average for the profile.Elshan Qurbanoff #aboneol #like #share has been used frequently in this Post.

Other post by @Elshan Qurbanoff