×

Munis Vahidsoy Official's video: Yuxar dak lar v A a dak lar - G Z A IQ 4

@Yuxarıdakılar və Aşağıdakılar - GÖZÜAÇIQ #4
Təəssüf ki,istəməsək də yaşadığımız həyat bizi iki yerə bölür.AŞAĞIDAKILAR və YUXARIDAKILAR.Aşağıdakılar həmişə yuxarıdakılara nəsə vermək məcburiyyətindədi,yaxud da susmaq.Buna görə də yuxarıdakılar həmişə aşağıdakıların varlığını hiss eləmir.Adi bir misal çəkim.Siz ikinci mərtəbədə yaşayırsız,üçüncü mərtəbədə başqa biri.Yuxarıdakı hər hansı bir təmir işi apara bilər,yaxud da bir parti verə bilər.Siz onun yuxarıdan tökülən tozuna,yaxud da səs-küyünə məruz qalırsız.Qalxıb narazılığınızı bildirdikdən sonra var olduğunuzun fərqinə varır və sizdən üzr istəyir.Yəni bunu əvvəldən düşünə bilmir.Yaxud fəhlə işləyirsiz,daima yuxarıdakı ustaya nəysə vermək məcburiyyətindəsiniz.Ya da yuxarıya nəysə qaldırmaq.Hətta ağır təhqiredici ifadələr içərisində olduğunuz yer heç vaxt dəyişmir,çünki aşağıya məhkumsunuz.Məhkəmədə də belə deyilmi?Haqq-ədalət axtarışındasınız,yuxarıda oturan məhkəmə sədrinin qərarını gözləyirsiz.Aşağıdakıların bir məqsədi var-yuxarıya qalxmaq.Yuxarıdakıların isə məqsədi olduğu yeri möhkəmləndirmək və nə olur olsun onu qorumaq..Aşağıdakıların və yuxarıdakıların həyatına bir tərəzidə baxsaq hər iki tərəfin çəkisinə görə ən ağır tərəf aşağıdakılara düşür.Çünki aşağıdakılar bir çox ağır mənəvi dəyərləri özlərində daşıyır.Mənəviyyetı zəngin olan insanların yükü ağır olar.Bu günkü dövrümüzdə məhz yüngül çəkilər at oynadır.Qınaq məsələsinə gəlsək burda da aşağıdakılar yuxarıdakılara məğlub olur.Aşağıdakıların elədiyi xırda bir səhv dünya boyda qınağa yol açırsa,yuxarıdakıların səhvi sadəcə şeytana uymaq kimi qiymətləndirilir.Həər hansısa bir şirkətdə iş sahibisiniz yaxud idarədə.Hər zaman sizdən yuxarıda olan müdirinizə yaxşı,çalışqan görünmək məcburiyyətindəsiniz.Siz ondan çox bilsəniz də,savadlı olsanız da bu qaçılmazdı.Çünki onun yeri məlum sizin yeriniz məlum.Əgər onun yerinə keçmək fikrindəsinizsə bu zaman siz yaltaqlanmaq,gözəgirmək kimi vasitələrdən istifadə edə bilərsiz.Əks halda olduğunuz yerdə qalacaqsız.Amma bəzi aşağıdakılar bu reallıqla barışmır,boyun əymir,hər zaman dik dayanır.Bu zaman onlar yuxarıdakıların hədəfinə çevrilir və ən dibə məhkum olurlar.Ən dib isə çox qaranlıq,həmin insanın məqsədinin,arzularının üstündən xətt çəkdiyi,ümidlərini dəfn elədiyi yerdir.Yuxarıdakılar özünü hər zaman ən yuxarıda hiss eliyir.Amma aşağıdakıların hər nə olur olsun ən uca tutduğu bir varlıq - ƏN YUXARIDAKI var.Hər zaman ona tapınır dua eliyirbir gün ədaləti bərqərar edəcəyi günü səbrsizliklə gözlüyürlər.Buna görə də yuxarıdakılar qısqanclıq hissinə qapılır olduqları yer onları qane etmir,ən yuxarıdakı TANRI olmaq sevdası ilə alışıb yanırlar. Salam Mən Videoblogger Munis Vahidsoy .Bacardığım qədər Youtube Azərbaycanda maarifləndirici videolar çəkirəm. Burada Böyük bir Munis Vahidsoy ailəsi üçün hər həftə yeni video yükləyirəm. Kanalımda , satirik,mizah tərzində qısa film və bu tərz bir çox video paylaşıram. Bunları hazırlamaq çox vaxtımı alır və çox maraqlı hadisələr baş verir. Siz də ailəyə qatılın və videolarımı layk edib kanalıma abunə olun layihələrimə dəstək olun niyə dayanmısan indi abunə ol !♥ Digər Videomuz : https://www.youtube.com/watch?v=jctz07S603k&t=20s Sosyal Medya: İnstagram ►https://www.instagram.com/munis_vahidsoy/ İş Təklifləri (Business) instagram: munis_vahidsoy Salam Mən Munis Vahidsoy , Youtube Azərbaycan Mənim ən büyük tutqum, burda Böyük bir Munis Vahidsoy ailəsi üçün hər həftə yeni video yükləyirəm. Kanalımda , əyləncə , qısa film və bu tərz bir çox video paylaşıram. Bunları hazırlayarkən çox əylənirəm və bir çox gülməli, əyləncəli anlar yaşıyıram sizlərlə birlikdə. Sizdə ailəyə qatılın niyə dayanmısan abunə olun !♥ Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" © Video'nun başqa youtube kanallarinda yayımlanması qadağandır !!!

24

3
Munis Vahidsoy Official
Subscribers
44.7K
Total Post
258
Total Views
594.5K
Avg. Views
10.6K
View Profile
This video was published on 2021-03-19 23:30:17 GMT by @Munis-Vahidsoy-Official on Youtube. Munis Vahidsoy Official has total 44.7K subscribers on Youtube and has a total of 258 video.This video has received 24 Likes which are lower than the average likes that Munis Vahidsoy Official gets . @Munis-Vahidsoy-Official receives an average views of 10.6K per video on Youtube.This video has received 3 comments which are lower than the average comments that Munis Vahidsoy Official gets . Overall the views for this video was lower than the average for the profile.Munis Vahidsoy Official #munisvahidsoy #azerbaycan #trend has been used frequently in this Post.

Other post by @Munis Vahidsoy Official