×

Narmin Tour's video: Az rbaycan x zin si - Gedebey -

@Azərbaycan xəzinəsi - Gedebey / Сокровища Азербайджана - Гедабек
#кедабек #кровавыймост #ганлыкорпю #чалбуран #азербайджан #странаогней #Азербайджан ədəbey #гедебей #ярославль #крепость #девичьябашня #Древний_Азербайджан #Ходжалы_кедабекская_культура #Ходжалы #Районы #союдлю #мискинли #ПятьПричинПоехатьВ Gədəbəy Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Sahəsi 1232,98 kv kilometrdir, əhalisi 100,400 min nəfərdir. Tarixi məlumatlara görə, Gədəbəy sözü qədim türk dillərindəki get, gedik(təpə) və bək(keşikçi, gözətçi) sözlərinin birləşməsindən yaranmış, «müşahidə məntəqəsi», yaxud «keşikçi təpəsi» mənasını ifadə edir. Gədəbəy rayonunun ərazisi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın Xocalı yaşayış məskəni ilə birgə Gədəbəydən aşkar edilmiş arxeoloji tapıntılar nəticəsində son Tunc və ilk Dəmir dövrünə (e.ə. XIV-VII əsrlər) aid Xocalı-Gədəbəy mədəniyyəti müəyyən edilmişdir. Bu dövrdə Gədəbəydə qalaça adlanan qurğular tikilmişdir. Bu ərazinin əhalisi orta əsrlərdə də Azərbaycan tarixində mühüm rol oynamışdır. Düşmən hücumundan qorunmaq üçün tikilmiş keşikçi qalaları, nadir memarlıq abidələrindən olan Qız qalası (IX əsr), Novosaratovka kəndində məbəd (1535-ci il), Qalakənddə qala (XVI əsr), Böyük Qaramurad kəndində məbəd (1634-cü il) və s. bunu sübut edir. Ümumiyyətlə, Gədəbəydə dünya əhəmiyyətli 1, ölkə əhəmiyyətli 81 və yerli əhəmiyyətli 24 tarixi abidə mühafizə olunur. XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqaza nüfuzu zamanı Gədəbəyin hərbi-strateci mövqeyinə xüsusi üstünlük verilmişdir. Təsadüfi deyildir ki, XIX əsrin 40-cı illərində Gədəbəy ərazisində ilk rus məskənləri salınmışdı. Gədəbəy rayonunun hazırkı inzibati mərkəzi olan Gədəbəy şəhərinin əsası isə 1863-cü ildə qoyulmuş, çar Rusiyası dövründə yeni yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının Yelizavetpol qəzasının tərkibinə daxil edilmişdi. Gədəbəyin yüksəlişində burada 1849-cu ildə kəşf edilmiş mis filizi əsasında 1855-1856-cı illərdə misəritmə zavodunun tikilməsi böyük rol oynamışdır. Gədəbəydə mis filizi çıxarılması və misəritmə işi sonralar alman sahibkarları Simenslərə keçmişdi. Bu müəssisə 1865-ci ildə yenidən qurulmuş, 1883-cü ildə isə ikinci zavod-Qalakənd misəritmə zavodu tikilmiş, Gədəbəy-Qalakənd arasında dar dəmir yolu xətti çəkilmişdi. Qalakənddə misi elektrik üsulu ilə əritmək üçün Rusiyada ilk dəfə olaraq su elektrik stansiyası tikilmişdi. Cəlb edilmiş investisiyaları hesabına rayonda süfrə suları və limonad istehsal edən “Gədəbəy Mineral Suları” MMC, Gədəbəy şəhərində çörəkbişirmə müəssisəsi, Maarif kəndində süfrə suları istehsal edən “Kiçik Qafqaz” MMC, Miskinli kəndində “Daşlıbulaq-A” MMC, yeni bazar kompleksi, Slavyanka kəndində “Meh” istirahət mərkəzi, Gədəbəy şəhərində polis zabitləri üçün çoxmənzilli yaşayış binası, Zəhmətkənd kəndində beton istehsalı müəssisəsi və Əlinağılar kəndində “Turşsu” ailəvi istirahət mərkəzi, digər yaşayış məntəqələrində ticarət və xidmət obyektləri tikilərək istifadəyə verilmişdir. Hal-hazırda Poladlı kəndində “Qurudulumuş meyvə, giləmeyvə emalı və müalicəvi bitkilərin qablaşdırılması müəssisəsi” nin tikintisi davam etdirilir.

31

8
Narmin Tour
Subscribers
2.1K
Total Post
152
Total Views
20.2K
Avg. Views
325.8
View Profile
This video was published on 2020-09-02 20:42:10 GMT by @Narmin-Tour on Youtube. Narmin Tour has total 2.1K subscribers on Youtube and has a total of 152 video.This video has received 31 Likes which are higher than the average likes that Narmin Tour gets . @Narmin-Tour receives an average views of 325.8 per video on Youtube.This video has received 8 comments which are higher than the average comments that Narmin Tour gets . Overall the views for this video was lower than the average for the profile.Narmin Tour #кедабек #кровавыймост #ганлыкорпю #чалбуран #азербайджан #странаогней #Азербайджан #Azerbaijan #Azerbaycan #Gədəbey #гедебей #gedebey #ярославль #крепость #девичьябашня #Древний_Азербайджан #Ходжалы_кедабекская_культура #Ходжалы #Районы #Gadabay #союдлю #мискинли #ПятьПричинПоехатьВ #Gedebe has been used frequently in this Post.

Other post by @Narmin Tour