×

Niko Pro's video: Az rbaycan n m alic vi bitgil ri xalq t bab ti

@Azərbaycanın müalicəvi bitgiləri xalq təbabəti
Azərbaycanda bir çox bitki və meyvələrin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi, müalicə üsulları ilə insanlara çoxdan məlumdur. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxaraq müasir elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Hətta bir vaxtlar xalq təbabətinə qısqanclıqla yanaşan elmi təbabət də bu gün onun əhəmiyyətini etiraf etmək məcburiyyətindədir. Məlum olduğu kimi, Azərbaycan florasına daxil olan ali bitkilərin və meyvələrin bir çoxu dərman əhəmiyyətlidir və insanlar hələ qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliyin müalicəsində istifadə etmişlər. Belə xüsusiyyətə malik bitkilər 1545 növlə təmsil olunurlar ki, bu da Azərbaycan florasına daxil olan ümumi bitki növlərinin 34,3%-ni təşkil edir. Qeyd etmək lazımdır ki, bu saya başqa yerlərdən gətirilərək yerli şəraitə introduksiya edilən növlər də daxildir. Azərbaycanda daha çox yayılaraq xalq təbabətində geniş istifadə olunan dərman bitkiləri və meyvələri. Xalq təbabəti - (latınca medicina gentilitia) - xalq arasında xəstəliklərin müalicəsi üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəslə keçirilərək yaşadan qeyri-ənənəvi təbabət forması. Elmi təbabətdən fərqli olaraq xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə əsaslanmır. Həmin məlumatlat nəsildən-nəsilə şifahi yolla keçərək xalqın adət-ənənələrində, zərb məsəllərində, rəvayətlərdə öz əksini tapmış, bir sıra yazılı mənbələrdə toplanmışdır. İbtidai insan lar sınıqları müalicə etməyi, çıxmış oynağı yerinə salmağı, sarğı qoymağı bacarırdılar; ağrıkəsici bitkilərin (məs: xaşxaş) xüsusiyyətlərini bilirdilər, günəş şüalarının, suyun şəfaverici əhəmiyyətini başa düşürdülər. Xəstələnmənin qarşısını almaq üçün ildə bir dəfə qan alardılar, nəfəs yolları xəstəliklərində, mədə-bağırsaq spazmasında və meteorizm də razyana çayı , öskürəkdə heyva toxumu dəmləyib içərdilər. Soyuqdəymədə moruqdan, qanazlığında çiyələkdən , mədə-bağırsaq xəstəliklərində baldan və s.-dən istifadə edərdilər. xalq təbabəti, xalq təbabəti ilə müalicə, öskürək xalq təbabəti, oynaq ağrıları xalq təbabəti, öskürəyə qarşı xalq təbabəti ınmualicevibitgileri

48

74
Niko Pro
Subscribers
2.6K
Total Post
50
Total Views
36.4K
Avg. Views
1.2K
View Profile
This video was published on 2019-10-01 12:04:19 GMT by @Niko-Pro on Youtube. Niko Pro has total 2.6K subscribers on Youtube and has a total of 50 video.This video has received 48 Likes which are lower than the average likes that Niko Pro gets . @Niko-Pro receives an average views of 1.2K per video on Youtube.This video has received 74 comments which are lower than the average comments that Niko Pro gets . Overall the views for this video was lower than the average for the profile.Niko Pro #xalqtebabetiazerbaycanınmualicevibitgileri has been used frequently in this Post.

Other post by @Niko Pro