×

Teqva TV's video: H r kim bu gec bu namaz q lsa n l r ld ed r R aib gec si

@Hər kim bu gecə bu namazı qılsa nələr əldə edər Rəğaib gecəsi
Hər kim bu gecə bu namazı qılsa nələr əldə edər Bu hədisi eşidən hər bir kəsə tövsiyə edilir ki, Rəğaib gecəsində mələklərə çoxlu salavat göndərsinlər ki, təhiyyət ayəsinin öhdəmizə qoyduğu vəzifəni yerinə yetirə bilək. Əziz Peyğəmbər (s) buyurur: “O kəs ki, Rəcəb ayının ilk cümə axşamı gününü oruc tutar və sonra məğrib namazı ilə işa namazı arasında 12 rükət namaz qılar, hər iki rükət namazdan sonra salam verər, hər rükətdə bir dəfə “Fatihə” surəsini, üç dəfə “Qədr” surəsini, 12 dəfə “İxlas” surəsini oxuyar və namaz bitəndən sonra 70 dəfə mənə salavat göndərər, bu cür: (“Allahummə salli əla Mühəmmədin-nəbiyyil-ummiyyi və əla Alih”) Sonra səcdəyə gedib 70 dəfə deyər: سبّوح قدّوس ربّ الملائکة و الرّوح، (“Subbuhun quddusun Rabbul-məlaikəti vər-Ruh”) Sonra başını qaldırıb deyər: ربّ اغفر و ارحم و تجاوز عمّا تعلّم إنّک أنت العلىّ الأعظم.‏ (“Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləmu innəkə əntəl-əliyyul-ə’zəm”) Sonra yenə səcdəyə gedər və yuxarıda səcdədə dediyi duanı (“Subbuhun quddusun Rabbul-məlaikəti vər-Ruh”) deyər. Sonra da Allahdan hacətini istəyər”. Həzrət (ə) davam edərək buyurur: “And olsun o Kəsə ki, canım Onun əlindədir! Heç bir bəndə və ya kəniz yoxdur ki, bu namazı qılsın və Allah günahını bağışlamasın. Baxmayaraq ki, günahları dənizin dibi, qumların sayı, dağların çəkisi və ağacların yarpaqlarının sayı qədər olsa belə. Qiyamət günü atəşə layiq olan yetmiş nəfər qohumlarına şəfaət edər. Qəbrin ilk gecəsində Allah onun savabını ən yaxşı simada, gülər üzlə və fəsahətli dillə ona tərəf göndərər ki, desin: Ey mənim məhbubum! Müjdə ver ki, hər bir çətinlikdən nicat tapdın. Soruşar ki, sən kimsən? Deyər: “Ey mənim məhbubum, mən o namazın savabıyam ki, filan gecədə, filan yerdə yerinə yetirmisən. Bu gecə gəlmişəm ki, haqqını əda edəm. Təkcə sənin munisin olum və qorxunu aradan aparım. Sur çalınan zaman Qiyamət səhnəsində sənə kölgə salım. Sən heç bir zaman Mövlan tərəfindən heç bir xeyiri əldən verməyəcəksən””. Rəcəb ayında ümrəyə getmək müstəhəb əməllərdəndir. İmam Səccad (ə) Rəcəb ayında Kəbəyə gələr və gecə və gündüz namazını Kəbənin kənarında qılardı. Gecə və gündüz səcdədə olardı. Həzrət (ə) səcdədə bu zikri deyərdi: عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِک فَلْیحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِک. ı Ramil ümə ütbəsi #

448

108
Teqva TV
Subscribers
400K
Total Post
3.3K
Total Views
743.3K
Avg. Views
14.9K
View Profile
This video was published on 2021-02-18 22:28:13 GMT by @Teqva-TV on Youtube. Teqva TV has total 400K subscribers on Youtube and has a total of 3.3K video.This video has received 448 Likes which are lower than the average likes that Teqva TV gets . @Teqva-TV receives an average views of 14.9K per video on Youtube.This video has received 108 comments which are higher than the average comments that Teqva TV gets . Overall the views for this video was lower than the average for the profile.Teqva TV #Hacı #HaciSahin #TeqvatvHaci #SahinHesenli #Cümə #xütbəsi # has been used frequently in this Post.

Other post by @Teqva TV