×

Tuncer Ali's video: Tuncer Ali - Say BPS

@Tuncer Ali - Sayə #BPS
"Black Power Salute" albomunun yeddinci tracki.. Səsyazma: BLACK ROOM Studio Beat: HH.Solid Mix & mastering: Tuncer Ali https://facebook.com/TuncerAliBR https://twitter.com/TuncerAliBR https://instagram.com/TuncerAliBR https://soundcloud.com/TuncerAliBR Bu intihar deyil, səbəblərin bitdiyi andı, Son Tanrının hüzurunda ədalətin divanı, Şəlalə saçlardan ölümə axmaq.. Bu dramdı, Sonra “sən dəlisən” deyib gedir bilirəm haqqı vardı! Bəsdi! Bir gecə qalsaydı yanımda, Bu şəhər görsə nifrətimi küləkləri də tanınmaz, Altı gecəm bitdi adınla, çiynimdə qanın var, Çiyinlərini keçib sonda xəyalınla sarılmaq. Mənzərə bitdi kəndirləri topla əlimdən al, Bağla qapıları, bir gecəlik daha dərində qal, Sevgi adına ucaldılan şeir nifrətimlə yar, Qollarımda günəş doğur, mənim həsrətimdə qar.. Qədəhlərimdə ölü balıqlar gözündə okeanlar, Hicrət içində atəşlə dedi ki; “bu qədər çox yanma!” Məbədimdə hər bətndən ən dərində əllərinlə Dərdə illəri qurban verib yazardı gəlməyindən. İnsan anlamadı.. Öncə səni bahardan alır sonra içini yar qanadır, Sonda xəyallar qaralır, gələciyimiz dalda qalır Bir neçə məktubla o gecə saçlarını külək daradı. Gözlərində inqilabım, asıldı sərkərdələr, Külək rəqsinə qurban seçirdi qanlı pərdələr, Naley-i ahın dağıtdı o gün şəhr-i xəyalı, Sənlə göz-gözə gəlməyim cənnətə qalmaqaldı. Qan gölündə məmləkətim ömr sürdü öldürüb, Gözyaşınla durdu zaman, axirətimi döndürün, Verilmiş hər sözün arxasında bir diyar qalır, Öpüldü əllər aldı gözlərdən intiharları! Qədəm qoydu ərşə hüzurum, ibrətdi varlığa, Onla gedən son sevincimi sənlə qaytardılar, Sən hər şeyini itirmiş adamın qanlı körpəliyi, Ən gözəl diyarlara ibrətdi üzün.. (görmədiyim) Ailə həsrəti, sahib olmağın hər zərrəsi, Gözləri keçdim yetər ki nifrətə söz dəyməsin, Ölümə fəda illərim, fəda-i eşqi dinlədim, Yaradılışın sirrinə sahibdi kəsdi dilləri. Barmaq uclarında surələrlə çatdı Tanrıya, Qaranlıq bir otaq qırmızı gözlər və ağrılar, Axdı səsimlə gözyaşları, gətirdi baharı, İnanclarımı var edirdi yarə günah diyarı. Bir neçə yerdə səs yüksəlir və sonra qan tökülür, Sahillərdən geriyə apardı o gün dərd yükünü, Əl bükülür, görmür gözlər və sonda cəsarət, Eşq-i cinayətlə gözləri yollarda bir afət. Sıxıldı yumruq, gözündə kirli baxışlarla sonda Bir də anlamışdı dərdə cəfa vermək olmaz, Dumanla kül eyni rəqsi paylaşaraq dağıldı, Bir dilənçi gülümsədi, hökmdarlar asıldı. O gün əhdi pozub səltənətlərə üz çevirdi, Adında əllərindən izlərlə ölümə gedirdim, Şəhidlərimi görmədi cənnət, hamısı qəlbimdədi, Bayraq ucaldıqca nəfsin İblisə təlkinləri. Təkliyin tək Allaha məxsus olduğunu deyənlər aldadıb səni, Təklik eqşə məxsus, Yalnızlıq qorxusuyla dolaşdın şəhərləri, Sonuncu səhifəm adınla basdırdı kədərləri.. AZAD QALIN!

399

0
Tuncer Ali
Subscribers
9.7K
Total Post
66
Total Views
1.4M
Avg. Views
24K
View Profile
This video was published on 2017-09-16 20:39:31 GMT by @Tuncer-Ali on Youtube. Tuncer Ali has total 9.7K subscribers on Youtube and has a total of 66 video.This video has received 399 Likes which are lower than the average likes that Tuncer Ali gets . @Tuncer-Ali receives an average views of 24K per video on Youtube.This video has received 0 comments which are lower than the average comments that Tuncer Ali gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @Tuncer Ali