×

Umud Araz's video: Ulduz sayaraq g zl mi m h r gec yar

@Ulduz sayaraq gözləmişəm hər gecə yarı
Ulduz sayaraq Ulduz sayaraq gözləmişəm hər gecə yarı, Gec gəlmədədir yar, yenə olmuş gecə yarı. Gözlər asılı yox nə qaraltı, nə də bir səs, Batmış qulağım gör nə düşürməkdədi darı. Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən, Məndən aşağı kimsə yox, ondansa yuxarı. Qorxum budu yar gəlməyə birdən açıla sübh Bağrım yarılır, sübhüm açılma səni tarı. Dan ulduzu istər çıxa, göz yalvarı çıxma! O çıxmasa da ulduzumun yoxdu çıxarı. Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh, Qaş böylə ağardıqca, daha qaş da ağarı. Eşqin ki, qərarında vəfa olmayacaqmış, Bilməm ki, təbiət niyə qoymuş bu qərarı? Sanki xoruzun son banı xəncərdi soxuldu, Sinəmdə ürək varsa, kəsib qırdı damarı. Rişxəndilə qırcandı səhər, söylədi: durma! Can qorxusu var eşqin, uduzdun bu qumarı. Oldum qara gün ayrılalı, ol sarı teldən, Bunca qara günlərdir edən rəngimi sarı. Göz yaşları hər yerdən axarsa, məni tuşlar, Dəryaya tərəf bəllidi çayların axarı. Əz bəs məni yarpaq kimi, hicrində saraldıb, Baxsan üzünə, sanki qızıl güldü qızarı. Mehrabi şəfəqdə özümü səcdədə gördüm, Qan içrə qəmim yox, üzüm olsun sənə sarı. Eşqi var idi Şəhriyarın güllü çiçəkli, Əfsus qəza vurdu, xəzan oldu baharı. "Məhəmməd Hüsen Şəhriyar" Oxuyur: Vəhid Məhəmməd Nejad Musiqi: Həsən Əbduləzimzadə

155

5
Umud Araz
Subscribers
4.3K
Total Post
145
Total Views
0.9M
Avg. Views
18.9K
View Profile
This video was published on 2012-01-26 18:41:32 GMT by @Umud-Araz on Youtube. Umud Araz has total 4.3K subscribers on Youtube and has a total of 145 video.This video has received 155 Likes which are lower than the average likes that Umud Araz gets . @Umud-Araz receives an average views of 18.9K per video on Youtube.This video has received 5 comments which are lower than the average comments that Umud Araz gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @Umud Araz