×

Umud Araz's video: M n Torpa am

@Mən Torpağam!
Rasul Rza -- Mən torpağam Mən torpağam, məni atəş yandırmaz; tərkibimdə kömürüm var, külüm var. Mən baharam çəmən-çəmən çiçəyim var, gülüm var. Mən küləyəm, əsməsəm, kim bilər ki, mən varam. Mən buludam, səhraları susuz görüb, ağlaram. Mən ürəyəm, döyünməsəm ölərəm. Mən insanam, sadə insan əlinin yaratdığı nemətlərlə öyünməsəm ölərəm. Mən işığam -- qaranlığın qənimi, Mən insanam, daşıyıram qəlbimdə dünyaların sevincini, qəmini. Maraq dolu gözəm mən, baxmaya bilmərəm. Qarlı dağdan süzülən çayam mən, axmaya bilmərəm. Mən insanam, vətənim var, elim var. Ən böyük həqiqəti, azadlığı, məhəbbəti, nifrəti - söyləməyə qadir olan dilim var. Mən bir qranitəm ki, hər parçamda duyulur bərkliyim, döyüşdə möhkəmliyim, ülfətdə kövrəkliyim. Mən insanam, ülfətsiz - ölərəm. Məhəbbətsiz, nifrətsiz - ölərəm. Mən bulağam, tapşırıqla axmıram. Mən həyatam, həmişə yoldayam: nəfəsdəyəm, arzudayam, baxışdayam, ürəkdəyəm, qoldayam. Mən torpağam, nemətimi, varımı zəhmət sevən insanlarla bölərəm. Mən ürəyəm, döyünməsəm ölərəm. 1963

146

12
Umud Araz
Subscribers
4.3K
Total Post
145
Total Views
0.9M
Avg. Views
18.9K
View Profile
This video was published on 2012-03-26 21:48:37 GMT by @Umud-Araz on Youtube. Umud Araz has total 4.3K subscribers on Youtube and has a total of 145 video.This video has received 146 Likes which are lower than the average likes that Umud Araz gets . @Umud-Araz receives an average views of 18.9K per video on Youtube.This video has received 12 comments which are lower than the average comments that Umud Araz gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @Umud Araz