×

Umud Araz's video: Ana dilimizi sev k sevdir k G l stan B xtiya Vahabzad - S sli eir

@Ana dilimizi sevək, sevdirək (Gülüstan, Bəxtiya Vahabzadə - Səsli şeir)
Ana dilimizi sevək, sevdirək (Gülüstan, Bəxtiya Vahabzadə - Səsli şeir) İpək yaylığıyla o, asta-asta Silib eynəyini gözünə taxdı. əyilib yavaşca masanın üstə Bir möhürə baxdı, bir qola baxdı. Kağıza həvəslə o da qol atdı, Dodağı altından gülümsəyərək. Bir qələm əsrlik hicran yaratdı, Bir xalqı yarıya böldü qılınc tək. Öz sivri ucuyla bu lələk qələm Dəldi sinəsini Azərbaycanın. Başını qaldırdı, Ancaq dəmbədəm Kəsdilər səsini Azərbaycanın. O güldü kağıza qol çəkən zaman, Qıydı ürəklərin hicran səsinə. O güldü haqq üçün daim çarpışan Bir xalqın tarixi faciəsinə. Qoy qalxsın ayağa ruhu Tomrisin, Babəkin qılıncı parlasın yenə. Onlar bu şərtlərə sözünü desin, Zənciri kim vurdu şir biləyinə? Hanı bu ellərin mərd oğulları? Açın bərələri, açın yolları. Bəs hanı bu əsrin öz Koroğlusu- Qılınc Koroğlusu, söz Koroğlusu? Babaların şəni, şərəfi, əlbət, Bizə əmanətdir, böyük əmanət... Yoxmu qanımızda xalqın qeyrəti? Belə saxlayarlar bəs əmanəti? Qoy ildırım çaxsın, titrəsin cahan! Ürəklər qəzəbdən coşsun, partlasın. Daim haqq yolunda qılınc qaldıran İgid babaların goru çatlasın. Qoy əysin başını vüqarlı dağlar, Matəmi başlandı böyük bir elin. Mərsiyə söyləsin axar bulaqlar, Ağılar çağırsın bu gün qız, gəlin!.. Tərəflər sakitdir, qəzəbli deyil, Məhv olan qoy olsun, onlara nə var. İmzalar atılır bir-bir, elə bil, Sevgi məktubuna qol çəkir onlar. Atıb imzasını hər kəs varağa, əyləşir sakitcə keçib yerinə. Eynəkli cənabla, təsbehli ağa, Qalxıb əl də verir biri-birinə. Onların birləşən bu əllərilə Ayrılır ikiyə bir el, bir Vətən. Axıdıb gözündən yaş gilə-gilə, Bu dəhşətli hala nə deyir Vətən? Bir deyən olmadı, durun ağalar! Axı, bu ölkənin öz sahibi var. Siz nə yazırsınız bayaqdan bəri,- Bəs hanı bu yurdun öz sahibləri? Necə ayırdınız dırnağı ətdən- Ürəyi bədəndən, canı cəsəddən? Axı, kim bu haqqı vermişdir Sizə, Sizi kim çağırmış Vətənimizə? Bağrı köz-köz oldu "Yanıq Kərəmin" Tellər inildədi, yandı, nə yandı. Aşığın sazında daha bir həzin, Daha bir yanıqlı pərdə yarandı. Ağlayıb dağlardan əsən küləklər, Bu məşum xəbəri aləmə yaydı. Sanki dilə gəldi güllər, çiçəklər: "Bu isə qol qoyan qollar sınaydı". Arazın suları qəzəbli, daşqın, Sirin nəğmələri ahdır, haraydır. Vətən quşa bənzər, qanadlarının Biri bu taydırsa, biri o taydır. Bir damcı mürəkkəb, bir vətəndaşı Qanına bulayıb ikiyə böldü. Bir damcı mürəkkəb olub göz yaşı İllərlə gözlərdən axdı, töküldü. Hökmü gör nə qədər böyükmüş anın Möhür də basdılar varağa təkrar. Yox, varağın deyil, Azərbaycanın Köksünə dağ boyda dağ basdı onlar. Bir eli ikiyə paraladın sən Özün kağız İkən paralanmadın. Köksünə yazılan qəlb atəşindən, Niyə alıçmadın, niyə yanmadın? Ey Araz, səpirsən göz yaşı sən də, Keçdikcə üstündən çölün, çəmənin. Səni arzulara sədd eyləyəndə, Niyə qurumadı suların sənin? Dayanıb Arazın bu tayında mən "Can qardaş" deyirəm, o da "can" deyir. Ey zaman, sorğuma cavab ver, nədən Səsim yetən yerə, əlim yetməyir?.. Dəmir çəpərləri eşqim, diləyim, Tarixim, ənənəm üstə qoydular. Yarıya bölündü canım, ürəyim, Yarıya bölündü Arazda sular. Dolandı zəmanə, döndü qərinə, Şairlər od tökdü yenə dilindən. Vurğunun o həsrət nəğmələrinə Şəhriyar səs verdi Təbriz elindən: "Heydər baba, göylər qara dumandı, Günlərimiz bir-birindən yamandı. Bir-birindən ayrılmayın, amandır, Yaxşılığı əlimizdən aldılar, Yaxşı bizi yaman günə saldılar. Bir uçaydım bu çırpınan yelinən, Qovuşaydım dağdan aşan selinən, Ağlaşaydım uzaq düşən elinən. Bir görəydim ayrılığı kim saldı, Ölkəmizdə kim qırıldı, kim qaldı". "1959 Bəxtiya Vahabzadə"

83

18
Umud Araz
Subscribers
4.3K
Total Post
145
Total Views
1M
Avg. Views
19.4K
View Profile
This video was published on 2012-02-21 14:55:08 GMT by @Umud-Araz on Youtube. Umud Araz has total 4.3K subscribers on Youtube and has a total of 145 video.This video has received 83 Likes which are lower than the average likes that Umud Araz gets . @Umud-Araz receives an average views of 19.4K per video on Youtube.This video has received 18 comments which are lower than the average comments that Umud Araz gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @Umud Araz