×

Umud Araz's video: Az rbaycan T rkc si - X lil Rza Ulut rk

@Azərbaycan Türkcəsi - Xəlil Rza Ulutürk
Azərbaycan Türkcəsi - Xəlil Rza Ulutürk Dörd tərəfim qaranlıq, xəyalımda dan yeri. Nəfəsimlə yazıram bu dan ulduzu şeri. Tamam başqa zindandan gözlərimə dikilib Nəsiminin gözləri, Müşfiqimin gözləri. Yer də zülmətə dönsə, göy də zülmətə dönsə, Sənsən mənim ömrümün söndürülməz ülkəri Ağ qanadlı gündüzü, Çil çıraqban gecəsi, Azərbaycan Türkcəsi! Yalnız sənin uğrunda Atıldım yanar oda, Məni anamdan əvvəl Sən doğmusan dünyada. İki erasanmı? Yox... bəlkə milyard ilimsən. Yarım bağışlar məni, əbədi sevgilimsən. "Muğ" sözünə sığmayan Muğanımsan, Milimsən. Ayparalı çadırda Qərbi, Şərqi dolaşan, Nəsirəddin fikrində ulduzlara yol açan, Köçər-köçməz elimsən. Öz dirilik suyunu Koroğluya bəxş edən Qoşabulaq çeşməli, çənsiz Çənlibelimsən. Sən ağzımda dilim yox, Ürəyimdə dilimsən. Dilimləyib bağrımı, dilim-dilim mənimsə. Ey dünyanın sərvəti, fəxr edirəm, mənimsən! Soruş Uverturamı haçan, harda dinlədim? Bəlkə yer üstündə yox, ulduzlarda dinlədim. Ulduzlarda səslənən laylamsan, bayatımsan. Məni ərşə qaldıran bir cüt nur qanadımsan. Ey batmış xəzinəmin diri qızıl külçəsi, Azərbaycan Türkcəsi! Sən büllur qayalardan damla damla süzülüb Göygölümə dönmüsən. Anamın halal südü, atamın öyüdüylə Varlığıma sinmisən. Ata bir, ana ayrı... qardaşlar nə bilsinlər Sən bizim atamızsan. Özün götür külüngü, çap qocaman dağları Yerin altını qaz sən. "Gilqamış" dastanını yaşadan iz olmusan. Azıx mağarasında azuqəmiz olmusan. Min il zindanda qalsam, yenə ölüm yox mənə. Güvənib yalnız sənə... yaşaram, hey yaşaram. Ansam bircə hecanı, Dönüb cavanlaşaram. Dillər vahid bir ağac... gövdəsi sən, kökü sən. Nə qədər budaqlara öz şəhdini vermisən. Dağlarımın zirvəsi, bağlarımın qönçəsi, Döyüşdə şaqqıldayan Misri qılıncın səsi Səslərin ən incəsi- Azərbaycan Türkcəsi! Məgər zülmətdəyəmmiʔ Fanaram, yanar fanar. Nə qaranlıq divarlar, nə tikanlı hasarlar nə gözü dar, nə beyni dar niandertal ağalar, Nə bar-bar bağırsa da səsi batmış darğalar, Nə baxar gözü korlar, nə diri gorbagorlar Sənin pak nəfəsini ala bilmədi məndən. Günəşimsən, düşmüsən bu dünyaya sinəmdən. Min il bundan sonra da yaşayacaq dünyada Füzulinin nəfəsi, Şəhriyarın nəfəsi- Dağıt bu dar qəfəsi, Dağıt zülmət məhbəsi, Azərbaycan Türkcəsi! Təkcə babamsanmı? Yox... həm də oğlum, qızımsan. Zindan pəncərəsindən bir az solğun görünən baharımsan, yazımsan. Bəşər filoloqları, cahan zooloqları Dünya bioloqları, ərzin okoloqları Səni öyrənməsələr, kama yetməyəcəklər. EY BİZƏ KAİNATIN QÜDSİ, ULU TÖHFƏSİ VARIM-YOXUM, MƏBƏDİ, GÜNƏŞ KİMİ ƏBƏDİ AZƏRBAYCAN TÜRKCƏSİ!

55

7
Umud Araz
Subscribers
4.3K
Total Post
145
Total Views
0.9M
Avg. Views
18.9K
View Profile
This video was published on 2012-04-07 21:02:07 GMT by @Umud-Araz on Youtube. Umud Araz has total 4.3K subscribers on Youtube and has a total of 145 video.This video has received 55 Likes which are lower than the average likes that Umud Araz gets . @Umud-Araz receives an average views of 18.9K per video on Youtube.This video has received 7 comments which are lower than the average comments that Umud Araz gets . Overall the views for this video was lower than the average for the profile.

Other post by @Umud Araz